Təxminən 250 ildir Çin suverenliyi altında olan Şərq
Türkistandakı Müsəlman Türklər, hələ Maocu Qırmızı Çin rejiminin zülmü altında
yaşamaqdadırlar. Mao başçılığındakı kommunistlərin Çin rəhbərliyini ələ
keçirmələrinin ardından, assimilyasiya olmağı rədd edən Şərq Türkistandakı
Müsəlmanların fiziki olaraq məhvinə yönəlindi. Qətl edilən Müsəlman sayı
qorxunc ölçülərdə idi. 1949-1952-ci illəri arasında 2 milyon 800 min;
1952-1957-ci illər arasında 3 milyon 509 min; 1958-1960-cı illəri arasında 6
milyon 700 min; 1961-1965-ci illəri arasında 13 milyon 300 min adam ya Çin
ordusu tərəfindən qətl edildi ya da rejimin doğduğu qıtlıq nəticəsində öldü.
Xalqın həyatda qala bilən hissəsi isə böyük təzyiq və işgəncələrə məruz
qaldılar. Şərqi Türkistanda xalqa tətbiq olunan təzyiqlər, Serblərin, Bosniyada
Müsəlman Boşnaqlara və ya Kosovada Alban əksəriyyətə tətbiq etdiklərindən
fərqli deyil. Ölkədəki Çin məhkəmələrinin “cəza” üsulları da son dərəcə
mərhəmətsiz və vəhşicəsinədir. Diri diri torpağa basdırmaq, öldürənə döyülən
bir insanı çılpaq halda qara yatırtmaq, iki qıçı iki ayrı öküzə bağlanan bir
insanı ikiyə bölmək kimi “cəza”lar tətbiq olunmuşdur.
Kommunist rejim, 1949-cu ildən etibarən, bir tərəfdən Müsəlmanları məhv edərkən bir tərəfdən də bölgəyə sistemli bir şəkildə Çinli immiqrant yerləşdirdi. Bu gün isə Uyqurlar kəndlərdə yaşamağa çətinlik çəkərkən, Çinlilər şəhərlərə yerləşdirilməkdədir. Çin rəhbərliyi ayrıca Şərqi Türkistanlı Müsəlmanları nüvə sınaqlarında təcrübə olaraq istifadə etmişlər. İlk olaraq 16 Oktyabr 1964 tarixində başladılan nüvə sınaqların mənfi təsirləri üzündən bölgə insanı ölümcül xəstəliklərə tutulmuş, 20 min üzürlü uşaq dünyaya gəlmişdir. Nüvə sınaqları səbəbiylə ölən Müsəlman sayının 210 mini tapdığı bilinməkdədir. Minlərlə insan isə ya şikəst qalmış ya da xərçəng kimi xəstəliklərə tutulmuşdur.
Çin, 1964-dən günümüzə qədər Şərqi Türkistan torpaqlarında əlliyə yaxın atom və hidrogen bombası partlatmışdır. İsveçli mütəxəssislər, 1984-cü ildə edilən yeraltı nüvə sınağında istifadə edilən bombanın Richter ölçüsüylə 6.8 şiddətində zəlzələyə səbəb olduğunu tətbiq etmişlər.
Şərqi Türkistan xalqını dinindən imtina etdirmək üçün hər cür qorxutma və təzyiq üsulunu istifadə edən Çin şovnizmi, ən qatı dövrünü kommunist diktator Maonun 1966-1976 illəri arasında yeritdiyi Mədəniyyət İnqilabı əsnasında yaşadı. Məscidlər yıxıldı, toplu ibadət qadağan edildi, Quran kursları bağlanıldı və bölgəyə yerləşdirilən Çinlilər Müsəlmanlara təcavüz etmək üçün hər yolu sınadılar. Məktəblərdə dinsizlik təbliğatı edildi. Ayrıca bütün ünsiyyət vasitələri vasitəsiylə insanların din əxlaqından uzaqlaşmaları üçün sıx səy göstərildi. Dini elmlərin öyrənilməsi və dini məlumatlara sahib qabaqcıl kəslərin xalqı öyrətmələri isə tamamilə qadağan edildi.
Şərqi Türkistanda Müsəlman Türklərə istiqamətli zülm şiddətlə davam etməkdədir. Çin rəsmi vəzifəliləri, Türk gənclərini potensial olaraq rejim əleyhdarı görərək səbəbsiz yerə evlərindən yığmaqdadır. Gənclər isə, bu zülmdən xilas olmaq üçün dağlara qaçmaqdadırlar.
1996-cı ildən bəri on minlərlə Uyğur Türkü, düşərgələrdə tutulmaqdadır və bu düşərgələrdəkilərə ağır işgəncələr edildiyi bilinməkdədir. Bir insan haqqları təşkilatının rəsmi yazısında da ifadə edildiyi kimi şübhəlilər, tək iclasda bitən iddialarda ya kürək cəzasına məhkum edilməkdə ya da meydanlarda edam edilirdilər. Çünki məhkəmələr, Kommunist Partiyanın təlimatı ilə çalışmaqdadır. Ən dəhşət verici olanlardan biri isə hamilə qadınların evlərindən alınaraq qeyri gigyenik şərtlərdə sonsuzlaşdırılmaları, məhdudlaşdırmaları çox doğan körpələrin öldürülmələridir. (Baxın. Şərqi Türkistan, Harun Yəhya)